Qarabağ texniki yanlışlığı etiraf edib və cərimələnib
Qarabağ 31 oktyabrda Qəbələ ilə oyunda Savonun formasındakı hərf səhfi ilə bağlı texniki yanlışlıq olduğunu bildirərək məsələni aradan qaldırdığını açıqlayıb…

6 noyabr 2026. Ağdamın Qarabağ klubu Misli Premyer Liqasının 10-cu turunda 31 oktyabrda Qəbələdə keçirilən matçda Zakaria Savonun formasında Azərbaycan əlifbasında olmayan hərfdən istifadə olunması ilə bağlı yaranmış vəziyyətə münasibət bildirib. Bu barədə Sportinfo.az məlumat yayıb.
Klubun mətbuat xidmətinin bildirdiyinə görə, hadisə "texniki yanlışlıqdan" qaynaqlanıb və "Problem artıq aradan qaldırılıb. Təəssüf ki, texniki xarakterli yanlışlıq olub. Məsələ aşkarlandıqdan sonra operativ şəkildə həllini tapıb. Gələcəkdə belə halların yaşanmaması üçün lazımi diqqət göstəriləcək", - deyə məlumatda vurğulanıb.
AFFA İntizam Komitəsi həmin səbəbdən Qarabağı 1500 manat məbləğində cərimə edib.
Turnir cədvəlinə görə, Qarabağ 19 xalla üçüncü pillədədir. Qəbələ isə səkkiz xalla 10-cu yerdə qərarlaşıb.
Mənbə: Sportinfo.az
Hazırladı: GettoSport
Qarabağ
Misli Premyer Liqa


