Qarabağ UEFA Gənclər Liqasında ilk oyununu keçirəcək
Qarabağın 19 yaşadək komandası UEFA Gənclər Liqasının ikinci təsnifat mərhələsində Dinamo (Zaqreb) ilə oktyabrın 28-də Azersun Arenada üz-üzə gələcək.

Azərbaycanın "Qarabağ" klubunun 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının 2026/2027 mövsümündə ilk oyununu oktyabrın 28-də keçirəcək. Görüş Bakı vaxtı ilə saat 15:30-da Azersun Arenada başlayacaq və qarşılaşma Çempionlar yolunun ikinci təsnifat mərhələsinə təsadüf edir.
Qarabağın rəqibi Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası olacaq. İki oyundan ibarət cütün cavab görüşü noyabrın 4-də Zaqrebdə təşkil olunacaq. Turnirdə Qarabağ bu mövsümə məhz ikinci təsnifat mərhələsindən qoşulur.
Bu cütün qalibi üçüncü təsnifat mərhələsində Portuqaliyanın "Benfika" və Kiprin "Pafos" komandaları arasındakı görüşün qalibi ilə üz-üzə gələcək.
Mənbə: GettoSport
Qarabağ
Benfika


