Qarabağ xanım azarkeşlər üçün oyuna pulsuz giriş təmin etdi
Qarabağ xanım azarkeşlərə 29 noyabrdakı Qarabağ–Sumqayıt oyunu üçün QR biletləri pulsuz paylayır. Biletlər 26 noyabrdan etibarən kassalardan və Fan Store-dan…

26 noyabr 2026. "Qarabağ" klubu xanım azarkeşlər üçün növbəti ev oyununa pulsuz giriş imkanı yaradıb. Misli Premyer Liqasının 13-cü turunda "Sumqayıt"ı qəbul edəcək görüş noyabrın 29-da "Azersun Arena"da saat 17:00-da başlayacaq. Bu barədə Sportinfo.az məlumat yayıb.
Biletlər (QR formatında) noyabrın 26-dan etibarən pulsuz verilməyə başlanacaq. Biletləri şəxsiyyəti təsdiq edən sənəd təqdim etməklə aşağıdakı ünvanlardan əldə etmək mümkündür:
- Heydər Əliyev Sarayının kassası
- 28 Mall AVM-in 3-cü mərtəbəsində yerləşən Fan Store
Həmçinin QR biletləri qarşılaşmanın keçiriləcəyi gün "Azersun Arena"nın kassasından da götürmək mümkün olacaq. Klub bildirib ki, stadionun girişinə yalnız QR bilet təqdim edənlər buraxılacaq.
Mənbə: Sportinfo.az
Hazırladı: GettoSport
Qarabağ
Misli Premyer Liqa
Sumqayıt


