Qarabağ Zekirin cəzasına şikayət etməyəcəyini açıqladı
Qarabağ klubunun mətbuat xidməti bildirir ki, məşqçi Muarem Zekirin 4 oyunluq cəzası və 1000 manatlıq cərimə ilə bağlı Apellyasiya Arbitraj Tribunalına şikayət…

16 oktyabr 2026. Qarabağ klubu muarem Zekirin AFFA İntizam Komitəsinin verdiyi cəza ilə bağlı mövqeyini açıqlayıb. Klub bildirir ki, Apellyasiya Arbitraj Tribunalına şikayət olunmayacaq.
AFFA İntizam Komitəsi "Qarabağ-2"nin məşqçisi Muarem Zekiri "Zirə-2" ilə oyunun 68-ci dəqiqəsində hakimə təhqir etdiyi əsasına görə 4 oyunluq cəzalandırıb. Həmçinin klub 1000 manat məbləğində cərimə olunub.
Qarabağın mətbuat xidmətindən verilən açıqlamada qeyd edilib ki, rəhbərlik məşqçilərlə söhbət aparıb və onlar iddia ediblər ki, həmin məqamda təhqir sözü işlədilməyib: "Biz məşqçilərimizlə danışdıq. Onlar bildirdilər ki, orada hansısa təhqirdən istifadə olunmayıb. Sadəcə, hakimlər fərqli formada qəbul ediblər. Buna baxmayaraq, bu mövzu ilə bağlı şikayət etməyəcəyik".
Qarabağın açıqlamasında həm məhkəmə instansiyasına müraciət olunmayacağı, həm də klubun qərarın məzmununu qəbul etdiyi vurğulanıb.
Mənbə: GettoSport
Qarabağ


