GETTOSPORT

Qari Nevill Mançester Siti matçlarını şərh etmək istəmir

"Mançester Yunayted"in sabiq müdafiəçisi Qari Nevill maliyyə qaydalarını pozmaqda ittiham olunan "Mançester Siti"nin oyunlarını şərh etmək istəmir.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Qari Nevill
Foto: Offsideplus.az

"Mançester Yunayted"in sabiq müdafiəçisi Qari Nevill Premyer Liqada maliyyə qaydalarını pozmaqda ittiham olunan "Mançester Siti"nin oyunlarını yaxın aylarda şərh etmək istəmədiyini bildirib.

Ekspert bu açıqlamanı Premyer Liqanın 6-cı turu çərçivəsində "Mançester Siti"nin "Liverpul" üzərində 3:0 hesablı qələbə qazandığı görüşdən sonra səsləndirib. O, son həftələrdə klub haqqında ittiham qərarı elan edildikdən sonra ilk dəfə "şəhərlilər"in matçını şərh etdiyini bildirib.

Klubla bağlı məsələdə yekun qərarın gözlənildiyini qeyd edən Nevill fikirlərini bu cür ifadə edib:

"Əgər məni yaxın bir neçə ay ərzində yekun qərar çıxana qədər 'Mançester Siti'nin oyunlarından uzaqlaşdırsaydılar, yalnız sevinərdim".

Mənbə: GettoSport

Paylaş

Son xəbərlər