Qəbələ doğma meydanda Sabah qarşısında uduzdu

Misli Premyer Liqasının VIII turunda Qəbələ doğma meydanda Sabah-a 0:4 hesabı ilə məğlub oldu. Baş məşqçi Yeton Bekiri sonrası fikirlərini bölüşdü.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Yeton Bekiri mətbuat konfransında, Qəbələ klubunun loqosu arxa planda
Foto: Sportal.az

17 oktyabr 2026 — Misli Premyer Liqasının VIII turunda Qəbələ doğma meydanda Sabah-la qarşılaşmada 0:4 hesabı ilə uduzdu.

Matçdan sonra komandanın baş məşqçisi Yeton Bekiri mətbuat konfransında çıxış edib. O, görüşə yaxşı başladıqlarını və birinci hissədə qol epizodlarının olduğunu, lakin bunları dəyərləndirə bilmədiklərini bildirib. "Birinci hissənin son saniyələrində standart vəziyyətdən qol buraxdıq. İkinci hissədə səhvlərə yol verdik. Son 15 dəqiqədə 3 qol buraxdıq," — deyə Bekiri vurğulayıb.

Baş məşqçi həmçinin bir neçə oyunçunun bu gün heyətdə olmadığını, müdafiədə isə yaxşı oynaya bilmədiklərini etiraf edib. Komandanın son iki oyunda 8 qol buraxdığı haqqında suala cavab olaraq Bekiri belə deyib: "Son iki matçda müdafiədə pis oynamışıq. Amma sırf hansısa mövqeni və ya oyunçunu günahlandırmayacam. Bu, komandanın səhvidir. Komanda şəklində bunları düzəltməyə çalışacağıq. Görüləsi işlərimiz çoxdu. Futbolçuların düşüncə tərzini dəyişmək lazımdır ki, həm müdafiədə yaxşı oynasınlar, həm də qol vursunlar."

Bekiri qarşıdakı Araz-Naxçıvan oyunu barədə isə komandanın qalib gəlməyə çalışacağını, rəqibin yaxşı komanda olduğunu və Azərbaycan Premyer Liqasının səviyyəsinin ümumilikdə yüksək olduğunu bildirib.

Mənbə: GettoSport

Paylaş

Son xəbərlər