Qəbələ Yeton Bekiri: Qarabağdan öyrənəcəyimiz çox şey var
23 oktyabr 2026-da Araz-Naxçıvandan 2:1 qalib ayrılan Qəbələnin baş məşqçisi Yeton Bekiri görüşü və komandadakı vəziyyəti şərh edib.

23 oktyabr 2026, Cümə — Misli Premyer Liqasının IX turunda Araz-Naxçıvanda keçirilən oyunda Qəbələ səfərdə 2:1 hesabı ilə qələbə qazandı. Baş məşqçi Yeton Bekiri qarşılaşmanı şərh edib və həm oyunun gedişindən, həm də komandanın gələcək hədəflərindən danışıb.
Bekiri matçı hər iki komanda üçün çətin adlandırıb və qələbənin vacib olduğunu vurğulayıb: “Bu gün hər iki komanda üçün çətin oyun oldu. Qələbə qazanmaq vacib idi və buna nail olduq. Amma bununla kifayətlənməməliyik. Qarşıdakı matçlarda da üç xal qazanmalıyıq.”
Baş məşqçi həmçinin oyunun gedişindəki problemlərə toxunub. O, komandanın ilk qolu vurduğunu, rəqibin isə hesabı bərabərləşdirdiyini xatırladıb və bəzi məqamlarda müdafiəyə çəkildiklərini qeyd edib: “Araz-Naxçıvanın keyfiyyətli futbolçuları var. Oyunumuzun müəyyən hissələrindən razı qalsam da, narazı qaldığım məqamlar da oldu. Səhvlərimizi aradan qaldırmalıyıq.”
Bekiri heyətin formalaşması və oyun üslubundakı dəyişikliklər barədə də danışıb. O, bəzı futbolçuların heyətə gec qoşulduğunu və optimal formaya gəlmək üçün vaxta ehtiyac olduqlarını bildirib: “Bu heyəti mən formalaşdırmamışam, amma yaxşı komandamız var. Oyun üslubumuzu dəyişmişik. Futbolçuların meydanda onlardan nə istədiyimi tam anlamaları üçün vaxt lazımdır. Potensialımız kifayət qədərdir. Əla infrastrukturumuz və yaxşı iş mühitimiz var.”
Bekiri növbəti turda qarşılaşacaqları Qarabağ barədə də fikirlərini bölüşüb. O, Azərbaycan çempionatının güclü olduğunu və Qurban Qurbanovun liderliyini xüsusi vurğulayıb: “Həm ondan, həm də Qarabağdan öyrənəcəyimiz çox şey var.”
Mənbə: GettoSport
Qarabağ
Araz-Naxçıvan
Misli Premyer Liqa
Qurban Qurbanov


