Ramil Şeydayev Soçi ilə növbəti qələbəsini qazandı
Rusiya Birinci Liqasında Soçi Ufanı 1:0 hesabı ilə üstələyib. Ramil Şeydayev qarşılaşmanın ikinci hissəsində meydana daxil olub.

Rusiya Birinci Liqasının 13-cü turunda Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu Soçi doğma meydanda Ufa kollektivini qəbul edib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İlk hissəsi qolsuz bərabərliklə başa çatan matçda yeganə qol fasilədən sonra vurulub. Soçi komandasının qələbə topuna 59-cu dəqiqədə Zaxar Fyodorov imza atıb.
Oyuna ehtiyat oyunçular skamyasında başlayan Ramil Şeydayev 76-cı dəqiqədə Mixail İqnatovun əvəzinə meydana daxil olaraq qalan dəqiqələrdə mübarizə aparıb.
Qazanılan üç xal nəticəsində Soçi xallarının sayını 26-ya çatdırıb. Səfərdən məğlubiyyətlə qayıdan Ufa isə 18 xalda qalıb.
Mənbə: GettoSport
Ramil Şeydayev
Azərbaycan millisi


