GETTOSPORT

Rasim Kara Azərbaycan futbolu ilə bağlı fikirlərini bölüşüb

“Qarabağ”ın sabiq baş məşqçisi Rasim Kara Azərbaycan klublarında yerli futbolçulara daha çox şans verilməsinin vacibliyini vurğulayıb.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Rasim Kara futbol haqqında danışarkən
Foto: İdman.biz

Azərbaycan futbolunun inkişafı üçün yerli və gənc oyunçuların klublarda daha çox meydana çıxması vacibdir. Bu fikirləri “Qarabağ”ın sabiq baş məşqçisi, türkiyəli mütəxəssis Rasim Kara bildirib.

O, ölkə çempionatında “Sabah” və “Neftçi” kimi klubların rəqabətə qoşulmasını müsbət qiymətləndirib və bu rəqabətin milli komandanın keyfiyyətinə də birbaşa təsir göstərdiyini qeyd edib. Mütəxəssis klublarda legionerlərin sayının çox olmasının yerli futbolçuların inkişafına maneə yaratdığına diqqət çəkib: “Milli komandanın güclü olması məhz yerli oyunçuların klublarında müntəzəm meydana çıxmasından asılıdır”.

Rasim Kara “Qarabağ” və baş məşqçi Qurban Qurbanovun fəaliyyətini yüksək qiymətləndirib. Onun sözlərinə görə, Ağdam təmsilçisinin çempionluğu əldən verməsi çox güman ki, əsas diqqəti UEFA Çempionlar Liqasına yönəltmələri ilə bağlı olub. Mütəxəssis Azərbaycanı və yerli azarkeşləri hər zaman sevdiyini də vurğulayıb.

Müsahibəsində Türkiyə millisinin UEFA Millətlər Liqasındakı çıxışına da toxunan Kara, baş məşqçi Vinçentso Montellanın heyət seçimində səhvlərə yol verdiyini bildirib. O, komandada inamın itdiyini və yolların ayrılmasının ən düzgün qərar olacağını əlavə edib.

Xatırladaq ki, Rasim Kara 2007/2008 mövsümündə “Qarabağ”ı çalışdırıb və həmin vaxt komanda çempionatı beşinci pillədə başa vurub.

Paylaş

Son xəbərlər