Rayan Ait-Nuri Mançester Yunaytedə icarəyə gedə bilər
Mançester Yunayted yanvar transfer pəncərəsində Mançester Siti müdafiəçisi Rayan Ait-Nurini icarəyə götürməyi nəzərdən keçirir; futbolçu oynamaq vaxtından…

25 oktyabr 2026 — İngiltərənin Mançester Yunayted klubu yanvar transfer pəncərəsində Mançester Siti sol cinah müdafiəçisi Rayan Ait-Nurini icarəyə götürməyi qiymətləndirir.
25 yaşlı Əlcəzair milli komandası üzvü cari mövsümdə bütün turnirlərdə üç oyuna çıxıb və eyni sayda məhsuldar ötürmə edib. Klub daxilində aldığı oyun vaxtından narazı olduğu və Xosep Qvardiolanın rəhbərlik etdiyi komandadan ayrma ehtimalını istisna etmədiyi bildirilir.
Mançester Yunayted ötən yay da Ait-Nurini transfer etmək üçün cəhd göstərmiş, lakin iki klub arasında keçid şərtlərinə dair razılıq əldə olunmamışdı. İndi isə qırmızı şeytanlar icarə formasında keçidi reallaşdırmaq üçün danışıqları bərpa etməyi planlaşdırırlar.
Ait-Nurinin Mançester Siti ilə müqaviləsi 2030-cu ilin yayına qədərdir. Transfermarkt portalı onun bazar dəyərini 35 milyon avro qiymətləndirir.
Mənbə: GettoSport
Mançester Yunayted
Mançester Siti


