Rövşən Babayev uşaq futbolunda həll yolunu söylədi

İmişli futbol akademiyasının baş koordinatoru Rövşən Babayev seleksiya, infrastruktur və əsas komandaya keçidin önəmini vurğulayaraq Sabahla Vətən…

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Rövşən Babayev mikrofona müsahibə verir
Foto: Sportinfo.az

25 oktyabr 2026 — İmişli futbol akademiyasının baş koordinatoru Rövşən Babayev oktyabrın 24-ündə verdiyi açıqlamada uşaq futbolunun əsas problemlərini və onların həlli yollarını şərh edib.

Babayev bildirib ki, uşaq seçimi təkcə əsas məsələ deyil: “Səbəblər çoxdur. Seleksiya, infrastruktur, əsas komandaya keçid bir-biri ilə bağlı məsələlərdir. Onu 10-12 il ərzində düzgün inkişaf etdirmək vacibdir. Bunu edə bilsək, problem müəyyən qədər həll olunar.”

O, müəyyən klublarda aparılan işləri də müsbət qiymətləndirib. Babayevin sözlərinə görə, “Sabah” akademiyasında son dövrlər inkişafa doğru yaxşı addımlar atılıb, yaxşı rəhbər və idarəçilik gətirilib. Həmçinin “Vətən”də Mustafa Həsənovun və Təbriz Həsənovun rəhbərliyi altında ötən illərdə görülən işlər təqdirə layiqdir.

Rövşən Babayev Giorgi Minaşvilinin rəhbərliyi altında görülən işlərin də göz oxşadığını vurğulayıb və aşağı yaş qruplarında da bu müsbət tendensiyanı müşahidə etdiyini deyib. O, “Düşünürəm ki, 'Sabah'ın akademiyası düzgün yoldadır. Bir neçə ilə nə qədər futbolçu yetirşdirilməsinin şahidi olacaqsız” fikrini səsləndirib.

Mənbə: GettoSport

Paylaş
BU XƏBƏRDƏ

Son xəbərlər