Sabah azarkeşlərinə Borussiya qarşısına pulsuz avtobus ayrıldı
19 oktyabr 2026 — Oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək Sabah – Borussia oyunu üçün azarkeşlərə Gənclik və Qara Qarayevdən pulsuz avtobuslar…

19 oktyabr 2026. Oktyabrın 20-də saat 20:45-də Bakı Olimpiya Stadionunda keçiriləcək Sabah – Borussia Dortmund UEFA Çempionlar Liqası liqa mərhələsi görüşü ilə əlaqədar azarkeşlər üçün pulsuz avtobuslar təşkil olunacaq.
Avtobuslar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin dəstəyi və Sabah futbol klubunun təşəbbüsü ilə fəaliyyət göstərəcək. Sərnişinlər Gənclik Nəqliyyat Mübadilə Mərkəzindən və Qara Qarayev metrostansiyasından Bakı Olimpiya Stadionuna ödənişsiz gedə biləcəklər. Avtobuslar saat 17:00-dan xidmətə başlayacaq.
Qarşılaşma başa çatdıqdan sonra azarkeşlərin rahat qayıdışı üçün avtobuslar Aviasiya Akademiyası istiqamətinə də hərəkət edəcək.
Qeyd edək ki, matç oktyabrın 20-də Bakı vaxtı ilə 20:45-də start götürəcək.
Mənbə: GettoSport
Borussiya Dortmund
Çempionlar Liqası


