Sabah - Barselona matçının biletləri satışa çıxarıldı

UEFA Çempionlar Liqasında keçiriləcək Sabah - Barselona oyununun biletləri satışa təqdim olunub. Qiymətlər 15 ilə 1500 manat arasındadır.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Sabah və Barselona komandalarının oyununa bilet satışı
Foto: İdman.biz

UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyanın "Barselona" komandasını qəbul edəcək "Sabah" klubunun ev oyununun biletləri satışa çıxarılıb.

Paytaxt təmsilçisinin mötəbər turnir çərçivəsində keçirəcəyi qarşılaşma üçün nəzərdə tutulan biletlərin qiyməti 15 manatdan 1500 manatadək dəyişir. Satış prosesi iTicket.az saytı vasitəsilə onlayn şəkildə həyata keçirilir.

"Sabah" və "Barselona" klubları arasındakı oyun noyabrın 25-də Bakı Olimpiya Stadionunda baş tutacaq. Arenada keçiriləcək görüş saat 21:45-də start götürəcək.

Mənbə: GettoSport

Paylaş

Son xəbərlər