Samir Şərifov U-15 dünya çempionatında FIFA etimadını yüksək qiymətləndirdi

Milli Təşkilat Komitəsinin sədri Samir Şərifov oktyabrın 24-də keçirilən çıxışında U-15 dünya çempionatı və festivalında Azərbaycana göstərilən etimada görə…

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Samir Şərifov tribunada çıxış edir, arxa planda U-15 dünya çempionatı loqosu
Foto: İdman.biz

24 oktyabr 2026 — Milli Təşkilat Komitəsinin sədri Samir Şərifov oktyabrın 24-də keçirilən çıxışında Azərbaycanın FIFA-nın 15 yaşadək oğlanlar arasında ilk dünya çempionatı və festivalına ev sahibliyi etməsinə münasibət bildirib.

S. Şərifov qeyd edib ki, "Milli Təşkilat Komitəsi adından bu tarixi hadisədə - FIFA-nın 15 yaşınadək oğlanlar arasında ilk dünya çempionatı və festivalında hər birinizi salamlamaq mənim üçün xüsusi şərəfdir". O, həmçinin Azərbaycana göstərilən etimadı yüksək qiymətləndirdiklərini vurğulayıb.

Komitə sədrinin sözlərinə görə, Azərbaycan 189 ölkənin milli komandalarını bir araya gətirən bu ilk dünya çempionatına ev sahibliyi etməkdən qürur duyur: "Bu gün Yer kürəsinin demək olar ki, hər guşəsindən olan yeniyetmə futbolçular böyük şərəfə nail olublar: onlar öz ölkələrini dünya çempionatı səhnəsində təmsil edirlər."

S. Şərifov FIFA-nın prezidenti Canni İnfantinonun təşəbbüsünü dəstəklədiklərini və bu layihənin gələcəyə hesablandığını vurğulayıb.

Mənbə: GettoSport

Paylaş
BU XƏBƏRDƏ

Son xəbərlər