Səbail Braqa və Malaqa ilə mübadilə proqramı yaradır
I Liqa iddialı Səbail klubunun Braqa və Malaqa ilə akademiya və məşqçi-mübadiləsi proqramı üzərində işləri davam edir; klubun adı Qubaya dəyişəcək.

22 oktyabr 2026 — I Liqada çempionluğa iddialı olan Səbail klubu Portuqaliyanın Braqa və İspaniyanın Malaqa klubları ilə əməkdaşlıq qurmaq niyyətindədir.
Klubun planına görə, tərəflər arasında mübadilə proqramı keçiriləcək. Proqram çərçivəsində Səbailin akademiya futbolçuları və məşqçiləri Braqa və Malaqa klublarında təcrübə toplayacaq, həmçinin həmin klubların B komandalarında çıxış edən gənclərin gələcəkdə Səbailə cəlb olunması nəzərdə tutulub.
Layihənin əsas məqsədi Səbail akademiyasının inkişafını sürətləndirmək və yerli kadrların xarici klublarda peşəkarlıq səviyyəsini artırmaqdır. Hazırkı mərhələdə tərəflər üzərində işlərlə məşğuldur və praktiki mübadilə detalları razılaşdırılmaqdadır.
Qeyd edək ki, klub yaxın vaxtlarda adını dəyişərək Quba adını götürəcək və bundan sonra həmin bölgəni təmsil edəcək.
Mənbə: GettoSport
Səbail


