Səbail narazılıq bildirdi və Abdullayevə dəstək verdi
13 oktyabr 2026: Səbail rəhbərliyi I Liqanın ilk dörd turundakı göstəricilərdən narazıdır, 8 xalı qəbul etmirlər və baş məşqçi Elnur Abdullayevə dəstək…

13 oktyabr 2026 — Səbail klubunda rəhbərlik məşqçi və futbolçu heyəti ilə görüş keçirib və komandanın I Liqanın ilk dörd turundakı nəticələrindən narazılığını ifadə edib.
Toplantıda bildirilıb ki, komandanın toplanan 8 xal səviyyəsi rəhbərliyi qane etmir, çünki öncədən elan olunmuş məqsəd çempionluq və Premyer Liqaya birbaşa vəsiqədir. Rəhbərlik kollektivə hər cür şərait yaradıldığını, bütün istəklərinin qarşılandığını xatırladıb və bunun qarşılığında uğur tələb edildiyini vurğulayıb.
İclasda həmçinin qeyd olunub ki, belə vəziyyətə göz yumulmayacaq və lazımi tədbirlər görüləcək. Eyni zamanda klub rəhbərliyi baş məşqçi Elnur Abdullayevin arxasında olduqlarını bəyan edib, ona dəstək göstəriblər və uğurlu nəticələr üçün məsləhət və tövsiyələr veriblər.
Qeyd edilir ki, qısa müddətdə klub Qubaya köçməyə və adını dəyişməyə hazırlaşır. Dörd turdan sonra turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan Səbail bu həftə səfərdə Zaqatala ilə qarşılaşacaq.
Mənbə: GettoSport
Misli Premyer Liqa


