Şəfa rəhbərliyi nəticə tələb edir, Həşimova inamını bildirib

Şəfa-nın vitse-prezidenti Əfran İsmayılov komandaya dəstək verəcəklərini, baş məşqçi Zaur Həşimovun şəraitdən razı olduğunu və ilk qələbənin dönəmi…

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Şəfa klubunun vitse-prezidenti Əfran İsmayılov danışır
Foto: Sportinfo.az

22 oktyabr 2026 — Premyer Liqaya 22 ildən sonra qayıtmış "Şəfa"nın vitse-prezidenti Əfran İsmayılov rəhbərliyin nəticə gözlədiyini və baş məşqçi Zaur Həşimova inandığını açıqlayıb.

Klub hazırkı mövsümün ilk 8 turunda 3 xal toplayaraq turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. Şəhər təmsilçisi 7 dəfə məğlub olub və vitse-prezident bu vəziyyətdən çıxmaq istədiklərini bildirib.

İsmayılovun sözlərinə görə, klub rəhbərliyi və məşqçi korpusu arasında dialoq var: "Zaur Həşimova və köməkçilərinə inanırıq. Məsələyə haradan baxsaq, yenə də hər şey gəlib sonda nəticəyə çıxır. Xal və xallar qazanmağımızı gözləyirik."

O, həmçinin qeyd edib ki, baş məşqçi onlara deyib komandaya yaradılan şəraitdən razıdır: "Məşq yeri, otel, qida və digər nə varsa - özü də deyir ki, hər şey yüksək səviyyədədir. Bir dənə qalır nəticə. Zaur müəllim bildirib ki, bir qələbə qazansaq, ardı gələcək."

Vitse-prezident əlavə edib ki, rəhbərlik baş məşqçiyə lazım olan bütün dəstəyi göstərməyə hazırdır və xallar əldə olunduqca şəraitin daha da yaxşılaşacağına söz verilib.

Mənbə: GettoSport

Paylaş

Son xəbərlər