Şəhriyar Əliyev Premyer Liqaya qayıdır: Araz Naxçıvan maraqlıdır

33 yaşlı müdafiəçi Şəhriyar Əliyevin Araz Naxçıvanla ilkin danışıqları müsbət keçib; problem olmazsa mövsümün ikinci yarısında klubda olacaq.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Şəhriyar Əliyev oyun zamanı müdafiədə
Foto: Sportinfo.az

28 oktyabr 2026. Mərkəz müdafiəçisi Şəhriyar Əliyev yenidən Azərbaycan Premyer Liqasına qayıda bilər — muxtar respublika təmsilçisi Araz Naxçıvan onun xidmətində maraqlıdır və tərəflər arasında ilkin danışıqlar müsbət nəticə verib.

Hazırda MOİK-də çıxış edən 33 yaşlı oyunçunun transferində heç bir məqam problem yaratmasa, o, mövsümün ikinci yarısında Araz Naxçıvana qoşulacaq.

Əliyevin peşəkar karyerası ərzində çıxış etdiyi klublar:

  • Qarabağ
  • Turan Tovuz
  • Keşlə (indiki Şamaxı)
  • Bakı

Klubun mərkəz müdafiəçilərinə ehtiyacı olduğu bildirilib və Araz Naxçıvan komandadakı boşluğu millimizin sabiq arxa xətt oyunçusu ilə doldurmağı planlaşdırır.

Mənbə: GettoSport

Paylaş

Son xəbərlər