Shirvan Open 2026 Beynəlxalq Şahmat Festivalı başladı
Şirvan Olimpiya İdman Kompleksində 147 şahmatçının iştirak etdiyi Shirvan Open 2026 festivalı açılıb; turnir oktyabrın 26-da yekunlaşacaq.

21 oktyabr 2026 — Şirvan Olimpiya İdman Kompleksində "Shirvan Open 2026" Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib. Festival Azərbaycan Şahmat Turu çərçivəsində təşkil olunur və oktyabrın 26-da yekunlaşacaq.
Yarışda altı ölkəni təmsil edən 147 şahmatçı iştirak edir. Açılış mərasimindən əvvəl iştirakçılar Şirvan şəhərinin mərkəzi meydanında ucalan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Açılış mərasimində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov və festivalın direktoru Radin Tağıyev çıxış edərək qonaqları və iştirakçıları salamlayıblar. Çıxışlarda beynəlxalq yarışların şahmatın, xüsusilə regionda şahmatın təbliği və ölkələrarası təcrübə mübadiləsi baxımından əhəmiyyəti vurğulanıb.
Turnirin baş hakimi Şaiq Quliyev reqlament barədə iştirakçılara məlumat verib və birinci tur start götürüb.
Festival oktyabrın 26-dək davam edəcək.
Mənbə: GettoSport



