GETTOSPORT

Stiv Kerr Qolden Steytdə əsas heyəti müəyyənləşdirdi

Qolden Steyt Uorriorsun baş məşqçisi Stiv Kerr yeni mövsüm öncəsi komandanın start beşliyində gözlənilməz dəyişikliklər edəcəyini bildirib.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Stiv Kerr matç zamanı göstəriş verir
Foto: Offsideplus.az

Stiv Kerr yeni mövsümün başlanğıcında "Qolden Steyt Uorriors"un start heyətində gözlənilməz dəyişikliklər edəcəyini bəyan edib. Baş məşqçinin planına əsasən, əsas beşlikdə Stefen Karri, Brendin Podzemski, Gi Santos, Yaksell Lendeborq və Draymond Qrin yer alacaq. Təcrübəli basketbolçu El Horford isə qarşılaşmalara ehtiyat oyunçular skamyasından daxil olacaq.

Kerr qərarını heyətin rotasiyası və müdafiə xəttinin möhkəmliyi ilə izah edib: "Mən bu variantı daha məqsədəuyğun hesab edirəm. El start heyətində də oynaya bilərdi, lakin onun üçün hazırda 20 dəqiqə meydanda qalmaq optimaldır və bu, bizim üçün yetərlidir. Buna görə də onu ehtiyatdan buraxmaq daha məntiqlidir. Mən həmçinin istəyirəm ki, Draymond və ya El daim meydançada olsun və müdafiədə əsas rol oynasın. Ona görə də bu yolu seçmişəm".

Digər tərəfdən, "Qolden Steyt" mövsümün əvvəlində zədə problemləri ilə də üzləşib. Komanda zədəli olan Cimmi Batler və Kristaps Porziqisin xidmətindən məhrum qalacaq.

Mənbə: GettoSport

Paylaş

Son xəbərlər