Sun Yadun Merab Dvalişvilini nokaut edəcəyini bildirib
Çinli UFC döyüşçüsü Sun Yadun növbəti rəqibi hesab etdiyi Merab Dvalişvilini ilk raundlarda nokaut edəcəyini iddia edib.

Çinli UFC döyüşçüsü Sun Yadun növbəti rəqibi qismində gördüyü Merab Dvalişvilini erkən raundlarda məğlub edəcəyinə əminliyini ifadə edib. Bu barədə Offsideplus.az məlumat yayıb.
Yadun açıqlamasında həmkarının onunla döyüşmək arzusunda olduğunu bildiyini qeyd edib: "Düşünürəm, növbəti rəqibim Merab olacaq. Onun bir neçə dəfə mənimlə döyüşmək istədiyini müsahibələrdə eşitmişəm. Əvvəlki rəqiblərinin heç biri mənim qədər nokaut gücünə malik olmayıb. Onu birinci və ya ikinci raundda nokaut edəcəyəm".
Xatırladaq ki, Merab Dvalişvili sonuncu dəfə oktyabrın 24-də UFC 333 turnirində mübarizə aparıb və həmin qarşılaşmada Petr Yana hakimlərin yekdil qərarı ilə məğlub olub. Sun Yadun isə avqustun 29-da Şanxay şəhərində baş tutan UFC turnirində Umar Nurmaqomedovu nokautla üstələməyi bacarıb.
Mənbə: Offsideplus.az
Hazırladı: GettoSport



