Toni Kroos tarixin ən güclü yarımmüdafiəçilərini sıraladı

Almaniyanın sabiq futbolçusu Toni Kroos tarixin ən yaxşı 5 yarımmüdafiəçisini açıqlayıb. Birinci yerə Luka Modriç layiq görülüb.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Toni Kroos
Foto: İdman.biz

"Real Madrid", "Bavariya" və Almaniya millisinin sabiq üzvü Toni Kroos futbol tarixinin ən yaxşı beş yarımmüdafiəçisini müəyyənləşdirib.

Karyerasını başa vurmuş yarımmüdafiəçi şəxsi reytinqində birinci pilləyə Madrid təmsilçisində uzun illər birgə top qovduğu Luka Modriçi layiq görüb.

Kroosun fikrincə, futbol tarixinin ən yaxşı beş yarımmüdafiəçisi bunlardır:

  • Luka Modriç
  • Andres İnyesta
  • Xavi Ernandes
  • Frenk Lempard
  • Mixael Ballak

Almaniyalı sabiq futbolçu ilk beşliyə əzəli rəqib "Barselona"nın keçmiş ulduzları Andres İnyesta və Xavi Ernandesi də daxil edib.

Mənbə: GettoSport

Paylaş

Son xəbərlər