Tottenhem Harri Keyni geri qaytarmaq hüququna malikdir

Tottenhem Münhen Bavariya ilə müqaviləsini yeniləyən Harri Keyni geri almaq üstünlüyünü qoruyub saxlayır. Razılaşmanın detalları açıqlanıb.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Harri Keyn Münhen Bavariya formasında
Foto: Offsideplus.az

Londonun "Tottenhem" klubu İngiltərə millisinin hücumçusu Harri Keyni yenidən heyətinə qatmaq hüququnu qoruyub saxlayır. Futbolçunun "Bavariya Münhen"lə müqaviləsini 2029-cu ilə qədər uzatmasına baxmayaraq, bu bənd qüvvədə qalır. Bu barədə Offsideplus.az məlumat yayıb.

Hələ 2023-cü ildə forvard Almaniya təmsilçisinə keçərkən, London təmsilçisi transfer müqaviləsinə xüsusi bənd əlavə etdirmişdi. "The Telegraph" nəşrinin məlumatına görə, tərəflər arasındakı ilkin razılaşma yeni sözləşmə imzalandıqdan sonra da dəyişməz qalıb.

Sözügedən şərt yalnız müəyyən hallarda işə düşəcək. Bunun üçün "Bavariya Münhen" 33 yaşlı oyunçunu satmaq qərarına gəlməli, həmçinin futbolçunun özü də "Tottenhem"ə qayıtmaq istəyini bildirməlidir. Müqavilədə hər hansı sabit transfer məbləği qeyd olunmayıb.

Mənbə: Offsideplus.az

Hazırladı: GettoSport

Paylaş

Son xəbərlər