Trabzonspor UEFA Konfrans Liqasında cərimələndi
UEFA Trabzonspor-u Finlandiyada KuPS-a qarşı keçirilən Konfrans Liqası oyununda azarkeşin meydana daxil olması və ziyanın baş verməsinə görə cərimələyib.

22 oktyabr 2026 — UEFA Türkiyənin Trabzonspor klubunu Finlandiyada KuPS-la keçirilən Konfrans Liqası I turu matçı ilə bağlı tədbir görərək cərimə tətbiq edib. Qərar oktyabrın 22-də açıqlanıb.
UEFA klubun azarkeşinin meydana daxil olması səbəbindən Trabzonspor-a 15 000 avro, stadionun zədələnməsi ilə bağlı əlavə olaraq 5 000 avro məbləğində cərimə kəsib. Həmçinin qırılan 13 oturacağın dəyəri də klub tərəfindən ödənməlidir.
Qeyd edək ki, sözü gedən qarşılaşma Finlandiyada keçirilmiş və Trabzonspor həmin oyunda 4:2 hesabı ilə qələbə qazanıb.
Mənbə: GettoSport
BU XƏBƏRDƏ
Trabzonspor
Konfrans Liqası


