Traktor meydana çıxmayıb, klub Pro Liqadan çəkilə bilər
İran çempionatının 9-cu turunda Malavan–Traktor oyunu keçirilməyib. Traktor komandası irqçi şüarlar səbəbindən meydana çıxmadığını açıqlayıb və Pro Liqadan…

21 oktyabr 2026 — İran çempionatının 9-cu turu çərçivəsində baş tutmalı olan Malavan–Traktor matçı keçirilməyib; təbrizli Traktor komandası oyuna çıxmayıb. Klub turnirdə 8 turdan sonra 17 xalla lider idi.
Traktor sosial şəbəkə hesabında oyun əvvəlində tribunada türklərə qarşı irqçi şüarların səsləndiyini və bunun futbolçuların namusuna qarşı təhqir olduğunu bildirib. Klubun sahibi Məhəmməd Rza Zunuzi isə Ənzəlidə, Sirus Qayəqran stadionunda baş verən hadisələri sərt tənqid edib.
Zunuzi yayılan videolara istinad edərək tribunlarda kütləvi şəkildə təhqirlərin səsləndiyini, telefonunda belə iyrənc şüarların qeydə alındığını söyləyib. O, İran Futbol Federasiyasından bu məsələyə ədalətli müdaxilə etməyi tələb edib və belə hallar təkrarlanacağı təqdirdə nəticələr klubun əleyhinə elan olunarsa, Traktorun Pro Liqadan çəkiləcəyini və Federasiyaya qarşı CAS və FIFA-da iddia qaldıracağını bildirib.
Klub sahibi həmçinin Federasiyanın prezidentinə ("Cənab Tac") xatırladıb ki, əvvəllər azarkeşləri irqçi şüarlar səsləndirən komandaların oyun nəticəsinin 3:0 elan ediləcəyi bildirilmişdi və indi həmin vədlərin yerinə yetirilməsini tələb edib.
Mənbə: GettoSport



