Trent Aleksander-Arnold karyerasını yenidən Liverpulda davam etdirə bilər
Real Madridin heyətində mövqe qazanmaqda çətinlik çəkən Trent Aleksander-Arnoldun sabiq klubu Liverpula qayıtması ehtimalı müzakirə olunur.

Trent Aleksander-Arnoldun İspaniyanın “Real Madrid” klubundakı gələcəyi sual altındadır. İngiltərə millisinin üzvünün komandada müntəzəm oyun şansı qazanmaqda çətinlik çəkdiyi bildirilir. Bu barədə Offsideplus.az məlumat yayıb.
Mövcud duruma görə rəhbərliyin futbolçunun çıxışları ilə bağlı şübhələri artıb. Baş məşqçi sağ cinah müdafiəsində daha çox Federiko Valverdenin xidmətindən yararlanır. Əlavə olaraq, Denzel Damfrisin də Madrid təmsilçisinin transfer gündəmində yer aldığı qeyd olunur.
Yaranmış vəziyyət fonunda Aleksander-Arnoldun sabiq klubu “Liverpul”a qayıtması ehtimalı müzakirə olunan variantlar sırasındadır. Buna baxmayaraq, h hələlik məsələ ilə bağlı h hansı konkret razılaşma mövcud deyil.
Xatırladaq ki, hazırda Ronald Arauxo “Liverpul”da icarə əsasında çıxış edir. Bu amil mersisaydlıların keçmiş futbolçusunu geri qaytarmaqda maraqlı olub-olmayacağını sual altına qoyur.
Mənbə: Offsideplus.az
Hazırladı: GettoSport
Liverpul
Real Madrid
İngiltərə millisi
Federiko Valverde
Ronald Arauxo


