Uesli Fofana azarkeşlərin təhqirindən sonra X hesabını sildi
Fransalı futbolçu Uesli Fofana azarkeşlərin təhqir və irqçi mesajlarından sonra X sosial şəbəkəsindəki hesabını ləğv edib.

Fransalı müdafiəçi Uesli Fofana "Çelsi" azarkeşlərinin təhqir və irqçi mesajları ilə üzləşdikdən sonra X sosial şəbəkəsindəki hesabını silib. Bu barədə Offsideplus.az məlumat yayıb.
25 yaşlı futbolçu "Nottingem Forest"lə noyabrın 27-də keçirilən matçda hər dəfə topa toxunduqda tribunalar tərəfindən fitə basılıb. Qarşılaşmadan əvvəl yayımlanan müsahibəsində Fofana klubda qalmaq qərarını maddi səbəblərlə izah edib. Həmin görüşdə onun qaydanı pozması "Çelsi"nin qapısına penalti təyin olunması ilə nəticələnib.
Hazırda oyunçunun X-dəki səhifəsinə daxil olmaq mümkün deyil və "Bu hesab mövcud deyil" bildirişi görünür. Mətbuatda hesabın tamamilə silinib-silinmədiyinin və ya müvəqqəti deaktiv edilib-edilmədiyinin hələ dəqiqləşmədiyi bildirilir. Fofananın "Instagram" profili isə aktivliyini qoruyub saxlayır.
Mənbə: Offsideplus.az
Hazırladı: GettoSport
Çelsi


