UFC Fight Night 293 turnirində Kortes-Akosta və Uoker döyüşəcək
Las Veqasda keçiriləcək UFC Fight Night 293 turnirinin əsas döyüşündə Valdo Kortes-Akosta və Conni Uoker qarşılaşacaqlar.

Noyabrın 8-nə keçən gecə ABŞ-nin Las Veqas şəhərində UFC Fight Night 293 turniri təşkil olunacaq. Gecənin əsas qarşılaşmasında ağır çəki dərəcəsində mübarizə aparan Valdo Kortes-Akosta (20-4) və Conni Uoker (22-10) oktaqona çıxacaqlar. Bu barədə Offsideplus.az məlumat yayıb.
Turnirin əsas kartında bir sıra maraqlı döyüşlər də yer alıb. Azarkeşlər aşağıdakı idmançıların qarşılaşmalarını izləyə biləcəklər:
- Tatyana Suares (14-1) – Virna Yandiroba (23-4)
- Deyvi Qrant (19-8) – Elayca Smit (14-1)
- Billi Elekana (11-2-1) – Lukas Fernando (15-3)
- Xose Delano (17-3) – Murtazəli Məmmədov (11-0)
Qarşılaşmaların keçiriləcəyi gecə Bakı vaxtı ilə saat 01:00-da başlayacaq. Əsas kartın start götürəcəyi vaxt isə 04:00 olaraq müəyyənləşdirilib.
Mənbə: Offsideplus.az
Hazırladı: GettoSport



