Umarali Rahmonaliyev Barselonaya qarşı 100 faizdən artıq vəd etdi

24 noyabr 2026 — Sabahın oyunçusu Umarali Rahmonaliyev Çempionlar Liqası qrup mərhələsinin V turunda Barselonaya qarşı matç öncəsi mətbuat konfransında…

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Umarali Rahmonaliyev mətbuat konfransında mikrofon arxasında
Foto: Sportinfo.az

24 noyabr 2026 — "Sabah"ın yarımmüdafiəçisi Umarali Rahmonaliyev UEFA Çempionlar Liqası Liqa mərhələsinin V turunda "Barselona" ilə keçiriləcək oyundan öncə mətbuat konfransında çıxış edib. O, sabahkı qarşılaşmada komandanın hərəkətindən və azarkeş dəstəyindən danışıb. Bu barədə Sportinfo.az məlumat yayıb.

Rahmonaliyev jurnalistlərin özbəklərdən gələn azarkeşlərin oyunu izləyəcəyi haqda sualına belə cavab verib: "Bura gələn özbəkləri görürəm. Mənim üçün xoşdur ki, onlar çoxdur, mənim üçün gəliblər. Ümid edirəm ki, yaxşı oyun olacaq. Bütün komadanın performansı azarkeşlər üçün xoş olacaq."

Futbolçu həmçinin komandanın motivasiyasını qeyd edərək dedi: "Sabahkı matçda 100 faizimizdən daha çox performans göstərəcəyik."

Mənbə: Sportinfo.az

Hazırladı: GettoSport

Paylaş

Son xəbərlər