Unai Emeri Premyer Liqada 100-cü zəfərinə çatdı
Aston Villa-nın çalışdırıcısı Unai Emeri Premyer Liqada 100-cü qələbəsini qazanıb. İspaniyalı mütəxəssis bu nəticəyə 197 qarşılaşmada nail olub.

Aston Villa-nın baş məşqçisi Unai Emeri İngiltərə Premyer Liqasında 100-cü qələbəsini rəsmiləşdirib. İspaniyalı mütəxəssis bu uğura çempionatın yeddinci turu çərçivəsində səfərdə Nyukasl üzərində qazanılan 1:0 hesablı qələbə ilə nail olub.
Emeri yüksək liqada 100 qələbə səddinə 197 qarşılaşmada çatıb. Premyer Liqa tarixində bu göstəriciyə ispaniyalı çalışdırıcıdan daha tez yalnız səkkiz baş məşqçi çatmağı bacarıb.
Təcrübəli mütəxəssis daha əvvəl İngiltərədə Arsenal klubunu çalışdırıb. O, həmçinin Vilyarreal, PSJ və Sevilya komandalarında da baş məşqçi vəzifəsində çalışıb.
Hazırda turnir cədvəlində 12-ci pillədə qərarlaşan Aston Villa növbəti matçına oktyabrın 24-də çıxacaq. Komanda həmin gün doğma meydanda Mançester Siti kollektivini qəbul edəcək.
Mənbə: GettoSport
Misli Premyer Liqa
Aston Villa
Mançester Siti
Arsenal
İngiltərə Premyer Liqası
PSJ
Nyukasl


