Valdas Dambrauskas: Keyfiyyət Borussiya qarşı üstün oldu
20 oktyabr 2026 — Valdas Dambrauskas komandası Sabaha 1:2 hesabı ilə məğlubiyyətdən sonra Borussiyanı keyfiyyətcə üstün saydı və futbolçularıyla qürur…

20 oktyabr 2026 — UEFA Çempionlar Liqasının əsas mərhələsində "Sabah" komandası "Borussiya" ilə qarşılaşmada 1:2 hesabı ilə uduzub. Oyundan sonra baş məşqçi Valdas Dambrauskas matç barədə fikirlərini bölüşüb.
Dambrauskas rəqibi təbrik edərək nəticəni keyfiyyət fərqi ilə izah edib: "Bərabərliyə yaxın olsaq da, keyfiyyət öz sözünü dedi. Rəqibi təbrik edirəm. Öz komandamla qürur duyuram. Onlar əllərindən gələni etdilər".
Baş məşqçi həmçinin taktiki plan barədə sualı cavablandırıb və stadionda olanların taktikanı gördüyünü, oyunun aydın plan əsasında keçirildiyini vurğulayıb: "Matça yenidən baxsanız görərsiniz ki, hansı taktiki planımız var idi. Hər şey aydın idi. Məncə. stadionda olan hər kəs bunu gördü".
Mbinanın çıxışından razı olduğunu bildirən Dambrauskas müdafiəçi barədə müsbət rəy verib: "Mən komandamda olan bütün futbolçular kimi Mbinadan da razıyam. Düşünürəm ki, bu gün güclü müdafiəçilərə qarşı yaxşı oyun sərgilədi. Düşünürəm ki, məşqlərdə və bu gün keçirdiyi oyunla gələcəkdə oyunlarda daha çox vaxt alacaq".
Məşqçi oyunda ən çox məyus olduğu məqamı belə şərh edib: "Daha yaxşı komanda qələbə qazandı. Unutmayaq ki, 'Borussiya' Avropanın ən güclü 5-6 komandasından biridir. Lakin, biz də heç-heçəyə yaxın idik. Futbol belədir. Bəzən qol vurmaq alınır, bəzən yox. Çempionlar Liqa matçları oynamaq çətindir. Adaptasiya olana kimi rəqib öz təcrübəsindən istifadə edərək bizi cəzalandırdı".
Mənbə: GettoSport
Borussiya Dortmund
Valdas Dambrauskas
Çempionlar Liqası
Sabah


