Viktor Osimhenin sevgilisi ağır qəzadən xəsarətsiz çıxdı
Viktor Osimhenin sevgilisi Stefani Kim Ladeviq 14 oktyabrda İstanbul ətrafında üç maşının iştirakı ilə qəza keçirib. Hamilə qadın xəstəxanaya gedib, ciddi…

Türkiyənin İstanbul ətrafında oktyabrın 14-də baş vermiş yol-nəqliyyat hadisəsində "Qalatasaray" futbolçusu Viktor Osimhenin sevgilisi Stefani Kim Ladeviq xəsarətsiz qurtulub.
Hadisədə üç avtomobil iştirak edib. Məlumatlara görə, Ladeviqin idarə etdiyi nəqliyyat vasitəsi qarşıda dayanan maşına çırpılıb; ilk toqquşmadan sonra sürücünün nəzarəti itirdiyi avtomobil qarşıdan gələn başqa bir maşınla toqquşub.
Ladeviqin hamiləliyinin səkkizinci ayında olduğu bildirilib. O, hadisədən sonra tibbi müayinədən keçmək üçün xəstəxanaya aparılıb və ilkin yoxlamalara görə ciddi sağlamlıq problemi aşkarlanmayıb.
Qəza zamanı digər şəxslərin də xəsarət alıb-almaması barədə əlavə məlumat verilməyib.
Mənbə: GettoSport
Viktor Osimhen
Qalatasaray


