Vinisius Junior münasibəti bitirdi, keçmiş sevgilisi Mayamidə görüldü
Vinisius Juniorun keçmiş sevgilisi Virciniya Fonseka ayrılıqdan bir gün sonra Mayamidə keçmiş əri Ze Felipe və üç uşağı ilə birlikdə görüntülənib; nümayəndəsi…

16 oktyabr 2026 — Real Madridin hücumçusu Vinisius Juniorla münasibətinə son qoyduğu açıqlanan Virciniya Fonsekanın ayrılıqdan dərhal sonra Mayamidə keçmiş əri, müğənni Ze Felipe ilə birlikdə görüntülənməsi diqqət çəkib.
Sosial şəbəkələrdə yayılan videoda Virciniya və Ze Felipenın çimərlikdə birlikdə gəzdiyi görünür. Məlumata görə, Virciniya üç övladı — Mariya Alis, Flor və Joze Leonardo ilə ABŞ-dadır. Onların Mayamiyə səfərinin məqsədi Ze Felipenın yeni musiqi layihələri üzərində işləməsi ilə bağlı görüş olub.
Virciniyanın nümayəndəsi bildirib ki, Vinisiusla münasibətlərin sona çatması qarşılıqlı razılıq əsasında reallaşıb və tərəflər arasında hər hansı mübahisə və ya fikir ayrılığı olmayıb.
Bu, Vinisius və Virciniyanın münasibətlərində ilk dəfə ayrılma deyil: cütlük ötən ilin mayında ayrılmış, sonra iyulda yenidən bir araya gəlmişdi. Daha sonra onlar bir sıra ictimai tədbirlərdə, o cümlədən Formula-1 İspaniya Qran-prisində birlikdə görüntülənmişdilər.
Mənbə: GettoSport
Vinisius Junior
Real Madrid


