Volkanovski Evloevlə görüşdən sonra UFC-dən getməyəcək
Aleks Volkanovski Movsar Evloevlə çempionluq döyüşündən sonra idmandan getməyəcəyini, lakin karyerasında az sayda döyüş qaldığını açıqlayıb.

UFC-nin yarımyüngül çəki dərəcəsində kəmər sahibi Aleks Volkanovski qarşıdakı Movsar Evloevlə döyüşün ardından karyerasına son qoymaq niyyətində olmadığını açıqlayıb.
Avstraliyalı döyüşçü oktaqonda çox uzun müddət qalmayacağını etiraf etsə də, yaxın gələcəkdə idmanla vidalaşmağı da düşünmür:
"Karyeramı bitirmək planım yoxdur, amma elə də düşünmürəm ki, məni daha 10 döyüş gözləyir. Burada daha 10 dəfə qəfəsə çıxmaq istəmirəm. Ola bilsin, cəmi bir neçə döyüşüm qalıb. Gözləyək, görək necə olacaq".
Məsələyə münasibət bildirən rusiyalı rəqib Movsar Evloev isə Volkanovskinin onu yalnız nokautla üstələyə biləcəyinə dair yanaşmasına qarşı çıxıb və döyüşdə bunun əksini sübut edəcəyini qeyd edib.
Aleks Volkanovski ilə Movsar Evloev arasındakı çempionluq qarşılaşması oktyabrın 24-də təşkil olunacaq "UFC 333" turnirində baş tutacaq.
Mənbə: GettoSport



