GETTOSPORT

Zakaria Savo: Qarabağ üçün hədəf çempionluqdur

Zakaria Savo müsahibəsində zədədən qayıtdığını, avrokuboklardan kənarda qalmağa təəssüf etdiyini və gələn tur Neftçi ilə görüşdə məqsədlərinin 3 xal olduğunu…

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Zakaria Savo qapıya doğru topla irəliləyir, Qarabağ forması ilə
Foto: İdman.biz

12 oktyabr 2026 — “Qarabağ”ın futbolçusu Zakaria Savo müsahibəsində zədədən sonra bərpasının yaxşı getdiyini, komanda məqsədinin çempionluq olduğunu bildirib.

Savo bərpa prosesi barədə: “Bərpam çox yaxşı keçdi. Tibbi şöbəmiz üzərimdə çox yaxşı işlədi, çox əziyyət çəkdi. Şadam ki, zədədən bərpa olunaraq, yaşıl meydanlara qayıtdım.” deyib.

Futbol kollektiv idman növüdür deyən oyunçu, avrokubokların əsas mərhələsindən kənarda qalmasına görə məyus olduğunu vurğulayıb: “Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazana bilməməyimizə görə çox pis olduq. İndi bütün fikrimizi çempionluğa yönəltmişik. Hədəfimiz budur.”

Gələn tur “Neftçi” ilə oynayacaqlarını xatırladan Savo gözləntisini belə ifadə edib: “Hədəfimiz 3 xaldır. Güclü rəqib, çox yaxşı komanda olduğunu bilirik. Amma biz də ‘Qarabağ’ıq. Məqsədimiz qalib gəlməliyik.”

Milli seçimi barədə sualə isə gülərək cavab verib: “Mən bilmirəm. Anam İsveçdən, atam Qambiyadandır. Hansı ölkədən çağırsalar, mən hazıram.”

Mənbə: GettoSport

Paylaş

Son xəbərlər