Zirə kollektivi Gəncədə şəhidlərin xatirəsini andı

Zirə klubunun nümayəndə heyəti Gəncə Şəhidlər xiyabanını ziyarət edərək şəhidlərin və raket hücumu qurbanlarının xatirəsini yad edib.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Zirə klubunun nümayəndələri Gəncə Şəhidlər xiyabanında
Foto: Sportal.az

Zirə klubunun nümayəndə heyəti oktyabrın 17-də Gəncə Şəhidlər xiyabanına ziyarət təşkil edib.

Paytaxt təmsilçisinin üzvləri Gəncə şəhidlərinin xatirəsinə ucaldılmış Əbədi məşəl kompleksinə və klubun şəhid futbolçusu İlqar Burcəliyevin məzarına əklillər qoyaraq onların xatirəsini dərin ehtiramla anıblar.

Komanda heyəti həmçinin Gəncə şəhərinin raket atəşinə tutulması nəticəsində dünyasını dəyişmiş dinc sakinlərin də məzarlarını ziyarət edib, faciənin 6-cı ildönümündə mülki şəhidlərin əziz xatirəsini yad edib.

Mənbə: GettoSport

Paylaş

Son xəbərlər