GETTOSPORT

17 yaşlı yarımmüdafiəçi Avropa nəhənglərinin hədəfində

"Tixuana"nın yarımmüdafiəçisi Xilberto Mora karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. "Liverpul" meksikalı futbolçunu transfer etmək

GettoSport redaksiyası••1 dəq oxu
17 yaşlı yarımmüdafiəçi Avropa nəhənglərinin hədəfində
Foto: Sportal.az

"Tixuana"nın yarımmüdafiəçisi Xilberto Mora karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

"Liverpul" meksikalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Football Insider" məlumat yayıb.

Mersisayd klubu Moranı uzun müddətdir izləyir və onun heyətinə qatmaq ehtimalını nəzərdən keçirir. 17 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə "Barselona", PSJ və "Bavariya" da maraqlanır. Meksika klubu gənc istedadı mövsüm başa çatdıqdan sonra satmağı düşünür.

Qeyd edək ki, Xilberto Mora "Tixuana"nın yetirməsidir. Meksika millisinin üzvü cari mövsümdə "qırmızı-qaralar"ın heyətində meydana çıxdığı 7 rəssmi matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər