Azərbaycan və Lixtenşteyn milliləri Bakıda üz-üzə gələcək
UEFA Millətlər Liqasında Ayxan Abbasovun baş məşqçisi olduğu Azərbaycan millisi Bakıda Lixtenşteyn komandası ilə qarşılaşacaq.

Bu gün UEFA Millətlər Liqasında üçüncü tura start veriləcək. Ayxan Abbasovun baş məşqçisi olduğu Azərbaycan millisi Bakıda Lixtenşteyn yığması ilə qarşılaşacaq.
Qrupdakı mövqelərə nəzər salsaq, milli komandamız hesabındakı 1 xalla ikinci pillədə qərarlaşıb. Litva 4 xalla qrupa başçılıq edir, xalı olmayan Lixtenşteyn isə sonuncu yerdədir. Turnirə hazırlıq çərçivəsində Azərbaycan Tacikistanı 1:0 hesabı ilə məğlub edib, Litva ilə isə 1:1 bərabərə qalıb. Lixtenşteyn isə Millətlər Liqasında Litvaya 0:2 hesabet uduzub, ardınca Malta ilə yoxlama görüşündə də eyni hesabla məğlub olub.
Rəqibin heyəti və oyun üslubu
Fərdi ulduzlardan daha çox kompaktlıq, təşkilatlanma və fiziki mübarizəyə üstünlük verən Lixtenşteyn yığmasının heyətində bir neçə təcrübəli futbolçu yer alıb:
- Nikolas Hasler – 35 yaşlı yarımmüdafiəçi, komandanın kapitanı və 111 oyunla heyətin ən təcrübəli üzvlərindən biri.
- Benjamin Büxel – 37 yaşlı qapıçı, “Vaduts” klubunun şorunu qoruyur.
- Marsel Büxel – İtaliyanın “ASD Unipomezia Virtus“ klubunda çıxış edən 35 yaşlı yarımmüdafiəçi. Karyerası ərzində “Empoli“, “Hellas Verona“, SPAL və “Askoli“də oynayıb.
- Alessio Hasler – Almaniyanın “FV Illertissen“ klubunda çıxış edən gənc oyunçu.
- Jonas Veysenhofer – Avstriyanın “VfB Hohenems“ komandasının müdafiəçisi.
Lixtenşteynin baş məşqçisi Fünfstüx Azərbaycanı fiziki və təşkilatlanmış komanda kimi qiymətləndirib. Qonaqlar üçün belə rəqiblərlə matçda müdafiə intizamını qorumaq və sürətli keçidlərdən yararlanmaq əsas hədəf olacaq.
Azərbaycan millisi
Millətlər Liqası
Ayxan Abbasov


