20 yaşadək voleybolçu qızlar yığmamız Gürcüstana yola düşdü
Azərbaycanın 20 yaşadək voleybolçu qızlardan ibarət millisi oktyabrın 22–25-də Rustavidə keçiriləcək EEVZA təsnifatına getdi; komandaya Gökhan Edman rəhbərlik…

21 oktyabr 2026 — 20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan milli komandası oktyabrın 22–25-də Rustavi (Gürcüstan) şəhərində keçiriləcək EEVZA (Şərqi Avropa Voleybol Zonal Assosiasiyası) birinci təsnifat mərhələsi üçün Gürcüstana yola düşüb.
Komandaya baş məşqçi Gökhan Edman rəhbərlik edəcək. Azərbaycan A qrupunda Polşa və Latviya ilə qarşılaşacaq. Turnirin digər qrupunda Estoniya, Gürcüstan, Ermənistan və Ukrayna yığmaları yer alır.
Turnirin reqlamentinə əsasən, hər iki qrupun birinciləri (A1 və B1) həlledici matçda üz-üzə gələcək. Həmin qarşılaşmanın qalibi 2027-ci il Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq. Qruplarda ikinci və üçüncü yerləri tutan komandalar müvafiq olaraq A2-B2 və A3-B3 oyunlarında turnirdəki yekun sıralamalarını müəyyən edəcəklər.
Reqlamentə görə, finalda uduzan və yarışı ikinci, üçüncü və dördüncü yerlə bitirən kollektivlər qitə çempionatının ikinci təsnifat mərhələsində iştirak hüququ əldə edəcəklər.
Mənbə: GettoSport
Azərbaycan millisi
Avropa çempionatı


