Abşeron Olimpiya Kompleksində cüdo kəmər imtahanı keçirildi

6 noyabr 2026 — Abşeron Olimpiya İdman Kompleksində Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə 302 cüdoçu kəmər dərəcələri üzrə rəsmi imtahandan keçib.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Çoxsaylı cüdoçular Abşeron Olimpiya Kompleksində kəmər imtahanında
Foto: Sportinfo.az

6 noyabr 2026 — Abşeron Olimpiya İdman Kompleksində Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib. Bu barədə Sportinfo.az məlumat yayıb.

Yekun rəqəmlərə görə, imtahanda ümumilikdə 302 cüdoçu iştirak edib. İştirakçılar yaş uyğunluğu nəzərə alınmaqla ağ-sarı, sarı, narıncı, yaşıl, göy və qəhvəyi kəmər kateqoriyaları üzrə texniki bilik və bacarıqlarını nümayiş etdiriblər.

Müəyyən olunmuş tələb və meyarlara cavab verən idmançılara müvafiq kəmər və sertifikatlar təqdim olunub. ACF tədbirin mərhələli və sistemli texniki hazırlığın inkişafına, öyrənilənlərin möhkəmləndirilməsinə və iştirakçıların motivasiyasının artırılmasına xidmət etdiyini bildirib.

Federasiya həmçinin qeyd edib ki, müvafiq kəmər dərəcəsinə malik olmaq bir sıra nüfuzlu daxili yarışlarda iştirak üçün vacib şərtlərdən biridir.

Mənbə: Sportinfo.az

Hazırladı: GettoSport

Paylaş

Son xəbərlər