AFFA Apellyasiya Tribunalı bəzi cəzaları azaltdı

AFFA Apellyasiya Arbitraj Tribunalı Alanyaspor Baku və Lion klublarının şikayətlərini qismən təmin edərək iki futbolçunun cəzalarını dəyişib və işləri İntizam…

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
AFFA Apellyasiya Tribunalının məhkəmə zalında iclası və qərar protokolu
Foto: Sportinfo.az

14 noyabr 2026. AFFA Apellyasiya Arbitraj Tribunalı “Alanyaspor Baku” və “Lion” klublarının şikayətləri ilə bağlı qərarlarını açıqlayıb və hər iki iş üzrə müəyyən dəyişikliklər edib. Bu barədə Sportinfo.az məlumat yayıb.

Tribunal “Alanyaspor Baku”nun U-13 komandası üzvü Cəbrayıl Hüseynovun üç oyunluq cəzasını iki oyunluğa endirib. Hüseynov oktyabrın 18-də “Step FK” ilə görüşün 40-cı dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə almışdı; tribunal klubun şikayətini qismən təmin edərək İntizam Komitəsinin oktyabrın 20-də verdiyi qərarı dəyişib.

“Lion”un şikəti də qismən təmin olunub: Həsən Hüseynovun altı oyunluq cəzası və klubun 1 200 manat məbləğində cərimələnməsi qərarı normanın düzgün tətbiq edilməməsi səbəbindən ləğv edilərək iş yenidən baxılması üçün İntizam Komitəsinə qaytarılıb. Hüseynov oktyabrın 17-də keçirilən görüşün 80-ci dəqiqəsində rəqib qapıçını təhqir etdiyinə görə meydandan qovulmuşdu. Klubun şikayəti işin qalan hissəsində təmin edilməyib.

Tribunalın hər iki qərarından sonra tərəflər Lozannadakı İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət verə bilərlər.

Mənbə: Sportinfo.az

Hazırladı: GettoSport

Paylaş
BU XƏBƏRDƏ

Son xəbərlər