Nunu Mendeşi Barselona transfer etmək istəyir

Joan Laporta və Deku PSJ və Portuqaliya millisinin sol müdafiəçisi Nunu Mendeşi transfer etmək üçün çalışırlar; PSG isə yeni müqavilə təklif edir.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Nunu Mendeş PSJ formasında meydanda oynayarkən
Foto: Sportinfo.az

24 noyabr 2026 — İspaniyanın "Barselona" klubu PSJ və Portuqaliya millisinin sol müdafiəçisi Nunu Mendeşi transfer etmək niyyətindədir. Klub prezidenti Joan Laporta və idman direktoru Deku 24 yaşlı oyunçunu sol cinah müdafiəsini gücləndirmək üçün əsas namizəd hesab edirlər. Bu barədə Sportinfo.az məlumat yayıb.

Məlumata görə, "Barselona" rəhbərliyi Mendeşi Parisdən əvvəlcə İspaniyaya keçməyə razı salmaq və sonra Paris klubunun təzminatına dair danışıqlara başlamaq istəyir. Bununla yanaşı, PSJ baş məşqçisi Luis Enrike portuqaliyalı müdafiəçinin komandadan ayrılmasına qəti şəkildə etiraz edir və klub prezidenti Nasser Əl-Xəlaifidən Mendeşi saxlamaq üçün təcili addımların atılmasını tələb edib.

Paris klubu Mendeşə ildə 20 milyon avro məbləğində maaşla yeni müqavilə təklif etməyə hazırlaşır ki, bu halda o, komandada ən yüksək maaş alan oyunçulardan birinə çevriləcək. Bununla yanaşı, "Bavariya", "Liverpul", "Çelsi" və "Arsenal" da müdafiəçi ilə maraqlanır.

"Canal+ Foot"un məlumatına görə, PSJ artıq Nunu Mendeş, Vitinya, Əşrəf Hakimi və Uorren Zair-Emmeri ilə müqavilələri 2032-ci ilədək uzatmaqda maraqlıdır. Nunu Mendeş 2021-ci ildə "Sportinq"dən icarə əsasında PSJ-yə keçib, 2022-ci ildə isə Paris klubu onun transfer hüquqlarını satın alıb. O, 2025-ci ilin fevralında müqaviləsini 2029-cu ilədək uzadıb.

Mənbə: Sportinfo.az

Hazırladı: GettoSport

Paylaş

Son xəbərlər