GETTOSPORT

AFFA millinin 10 min manat mükafat iddialarını təkzib etdi

AFFA mətbuat xidməti yayılan 10 min manat və faiz bölgüsü ilə bağlı məlumatın həqiqəti əks etdirmədiyini açıqlayıb. Mükafatlandırma daxili qaydalarla…

GettoSport redaksiyası••1 dəq oxu
AFFA mətbuat xidməti və Azərbaycan milli futbol komandası
Foto: İdman.biz

Sosial şəbəkələrdə Azərbaycan milli futbol komandasının Litva üzərində 1:0 hesablı qələbəsinə görə hər oyunçuya 10 min manat ödəniləcəyi və bu məbləğin meydana çıxma vaxtına görə faizlə bölünəcəyi barədə məlumat yayılıb. Bu iddialarla bağlı AFFA-nın mətbuat xidməti açıqlama verib.

AFFA-nın açıqlaması

Qurumun mətbuat xidmətinin rəhbəri Aidə Əliyeva bildirib ki, yayılan 10 min manat və faiz bölgüsü ilə bağlı məlumatın mənbəyi onlara bəlli deyil və həmin təqdim olunan formada həqiqəti əks etdirmir.

Aidə Əliyeva əlavə edib: “Mükafatlandırma ilə bağlı məsələlər daxili qaydalar çərçivəsində tənzimlənir və bununla bağlı əlavə detalları şərh etmirik”.

Xatırladaq ki, Azərbaycan millisi UEFA Millətlər Liqasının D Liqasının ikinci qrupunda beş xalla liderdir. Litva dörd xalla ikinci, Lixtenşteyn isə bir xalla üçüncü pillədədir.

Son xəbərlər