AFFA U-17 və U-19 komandaları üçün sessiya keçirdi
AFFA-nın Komplayns və Danışılmış Oyunlara Qarşı Mübarizə Şöbəsi 6 noyabr 2026-da U-17 və U-19 komandalarının məşqçi və futbolçuları üçün danışılmış oyunlara…

6 noyabr 2026-cı il tarixində AFFA-nın Komplayns və Danışılmış Oyunlara Qarşı Mübarizə Şöbəsi Azərbaycan milli komandalarının 17 və 19 yaşadək məşqçi və oyunçu heyətləri üçün maarifləndirici sessiya keçirib. Bu barədə Sportinfo.az məlumat yayıb.
Sessiyada şöbənin aparıcı mütəxəssisi Murad Məmmədli iştirakçılara danışılmış oyun anlayışı, oyun zamanı futbolçuların və məşqçilərin üzləşə biləcəyi risklər və bu cür hallar futbolun toxunulmazlığına vurduğu zərər barədə geniş təqdimatla məlumat verib.
Təqdimatda futbolçuların və məşqçilərin prosessdəki rolu, kənar təsirlərdən qorunma yolları, peşəkarlıq və etik davranışın önəmi vurğulanıb. Danışılmış oyunların motivləri, manipulyasiya hallarının daha çox hansı oyunlarda baş verməsi və idman mərclərinin bu prosesdəki rolu izah edilib.
Sessiyada sosial media üzərindən yaxınlaşmalar, manipulyatorların istifadə etdiyi vasitələr və şəxsi profillərin düzgün idarə olunmasının əhəmiyyəti xüsusi diqqətə çatdırılıb. Həmçinin şübhəli təkliflərlə qarşılaşma halında atılmalı addımlar və bu barədə vaxtında məlumat verməyin vacibliyi müzakirə olunub.
AFFA-nın 2025-ci ildə qəbul olunmuş İntizam Məcəlləsinin müvafiq maddələri nümayiş etdirilərək, danışılmış oyunlarda iştirakın, cəhdin və ya məlumatın gizlədilməsinin ağır intizam pozuntusu olduğu bildirilib. Yerli və beynəlxalq təcrübədən konkret nümunələr təqdim olunub.
Tədbirin sonunda iştirakçıların biliklərini yoxlamaq üçün interaktiv suallar keçirilib. Sessiyanın əsas məqsədi futbol ictimaiyyətində şəffaflığın və dürüstlüyün qorunması, danışılmış oyunlara qarşı mübarizənin gücləndirilməsi və məşqçi-oyunçu heyətinin məsuliyyət səviyyəsinin artırılması olub.
Mənbə: Sportinfo.az
Hazırladı: GettoSport



