Aleksey Batrakov "Lokomotiv" matçlarını izlədiyini söylədi
"Qalatasaray"ın yarımmüdafiəçisi Aleksey Batrakov həm Türkiyə Superliqasını, həm də sabiq klubu "Lokomotiv"in oyunlarını izlədiyini bildirib.

Aleksey Batrakov heç bir "Lokomotiv" matçını qaçırmadığını və həm Rusiya çempionatını, həm də Türkiyə Superliqasını diqqətlə izlədiyini açıqlayıb. Bu barədə Offsideplus.az məlumat yayıb.
"Qalatasaray"ın yarımmüdafiəçisi İstanbuldakı ilk günlərində ona rus kanallarını izləmək üçün kömək göstərildiyini vurğulayıb. Futbolçu istirahət günlərinin az olmasından danışaraq, həftəsonları oyunların, çərşənbə günləri isə Çempionlar Liqası qarşılaşmalarının keçirildiyini qeyd edib.
Rusiyalı oyunçu bu sıx təqvim dövrünün onun peşəkar karyerasında ən fəal mərhələ olduğunu bildirib.
Mənbə: Offsideplus.az
Hazırladı: GettoSport
Qalatasaray
Çempionlar Liqası


