Aleksey İsayev: Barselonadan öyrənəcəyimiz çox şey var

Sabahın yarımmüdafiəçisi Aleksey İsayev Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Barselona” ilə 1:4 hesablı məğlubiyyəti şərh edib və təcrübədən…

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Aleksey İsayev mətbuat konfransında nitq söyləyir
Foto: Sportinfo.az

Sabahın yarımmüdafiəçisi Aleksey İsayev Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Barselona”ya 1:4 hesabı ilə məğlub olduqları oyunu şərh edib. Futbolçu görüşdən sonra rəqibindən öyrənəcəkləri çox məqam olduğunu vurğulayıb. Bu barədə Sportinfo.az məlumat yayıb.

İsayevin sözlərinə görə, oyunun böyük hissəsini topsuz keçirməli olublar:

“Oyunun böyük hissəsini topsuz keçirməli olduq. “Barselona” kimi rəqibdən öyrənəcəyimiz çox şey var.
O, yaradılmış qol imkanlarından daha yaxşı istifadə etməyin vacibliyini qeyd edib.

Yerli futbolçuların belə bir komandaya qarşı meydana çıxmasının sevindirici olduğunu bildirən yarımmüdafiəçi azarkeşlərə də müraciət edib:

“Ən əsası, bu gün ölkəmizə futbol bayramı yaşatdıq. Ümid edirəm ki, azarkeşlər və futbol ictimaiyyəti bu oyundan zövq aldı”.

İsayev həmçinin komandanın oyun fəlsəfəsinə sadiq qalacağını vurğulayıb və pressinqə üstünlük verdiklərini deyib:

“Yəqin ki, oyunda da gördünüz, müdafiəyə çəkilib rəqibi gözləmədik. Əksinə, pressinq etməyə, topu ələ keçirməyə və öz oyunumuzu göstərməyə çalışdıq... Komanda olaraq müdafiəyə çəkilib yalnız rəqibin hücumlarını dəf etməyi düşünmürük. Öz oyunumuzu göstərməyə davam edəcəyik”.
İsayev bu görüşü komandaya misilsiz təcrübə adlandırıb və Çempionlar Liqasındakı çıxışın ümumi məyusluq doğurduğunu etiraf edib.

Mənbə: Sportinfo.az

Hazırladı: GettoSport

Paylaş

Son xəbərlər