Barselona azarkeşi RAMS Parkda Fənərbağça forması ilə qalmaqal yaradıb
Çempionlar Liqası matçında RAMS Parkda "Barselona" azarkeşi Fənərbağça və Barselona formalarının birləşdirildiyi geyimdə tribuna çıxaraq sarı-qırmızılıların…

26 oktyabr 2026 — Çempionlar Liqasında "Qalatasaray"ın "Barselona"ya 1:4 hesabı ilə məğlub olduğu qarşılaşmada RAMS Park tribunalarında mübahisəli görüntü üzə çıxıb.
Tribunada "Barselona" azarkeşlərindən biri həm "Fənərbağça", həm də "Barselona" elementlərini birləşdirən xüsusi formada oturub. İnstagramda "Alex Del Barca" istifadəçi adı ilə paylaşım edən azarkeşin geyimi bir tərəfdən "Fənərbağça"nın sarı-göy, digər tərəfdən isə "Barselona"nın tünd qırmızı-göy rənglərini əks etdirib.
Azarkeş paylaşımında "Visca Barça & en büyük Fener" — “Yaşasın Barselona və ən böyük Fənər” ifadələrindən istifadə edib. Bu paylaşım "Qalatasaray"lıların narazılığına səbəb olub; xüsusən formanın məhz RAMS Parkda geyinilməsi və paylaşımda Fənərbağça dəstəyinin ifadə olunması tənqid edilib.
Hadisə qarşılaşmanın tribunalarında mübahisəli anlardan biri kimi yadda qalıb və sosial şəbəkələrdə müxtəlif reaksiyalar doğurub.
Mənbə: GettoSport
Barselona
Fənərbaxça
Qalatasaray
Çempionlar Liqası


