Ordu CEV Çellencdə Simplex SSS-ə qarşı hazırlanır

CEV Çellenc Kubokunun 1/16 finalında Ordu Niderlandın Simplex SSS komandasıyla qarşılaşacaq. Baş məşqçi Cavid Süleymanov rəqibi güclü sayır.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Ordu voleybol komandası məşqdə və baş məşqçi Cavid Süleymanov danışır
Foto: Sportinfo.az

21 noyabr 2026. Bakı. Kişi voleybolu üzrə Azərbaycan təmsilçisi Ordu CEV Çellenc Kubokunun 1/16 final mərhələsində Niderlandın Simplex SSS komandası ilə üz-üzə gələcək. Baş məşqçi Cavid Süleymanov qarşılaşma öncəsi komandanın vəziyyəti və rəqib barədə fikirlərini açıqlayıb. Bu barədə Sportinfo.az məlumat yayıb.

Süleymanov bildirib ki, cavab oyunda sakitliyi və stabilliyi qorumaq vacibdir, çünki Simplex SSS daha ciddi rəqibdir:

"İlk oyunda 3:0 hesabı ilə qalib gəlmişik. Hamı bizdən qələbə gözləyirdi. Vacib olan stabilliyi qorumaq idi. Çünki belə komandalara müəyyən boşluq versən, ciddi müqavimət göstərərlər.
Görüş ərzində rəqibin bizə çətinlik yaratdığı məqamlar da oldu. Lakin oyunçularımızın təcrübəsi matçı nəzarətdə saxlamağa imkan verdi və 3:0 hesablı qələbə qazandıq".

Süleymanov Niderland təmsilçisini əvvəlki mərhələdə qarşılaşdıqları Norveç klubu Forde VBK-dən daha güclü adlandırıb və növbəti mərhələyə ciddi hazırlaşacaqlarını vurğulayıb:

"Növbəti rəqibimiz olan Niderland təmsilçisi güclü kollektivdir. Hətta əvvəlki mərhələdə qarşılaşdığımız Forde VBK-dan daha yaxşı komandadır. Əsas işimiz görüşə ciddi hazırlaşmaq, onların oyunlarını təhlil etmək olacaq. İnanıram ki, bu matçda da özümüzü yaxşı tərəfdən göstərərək qalib gələcəyik".

Qeyd edək ki, Ordu CEV Çellenc Kubokunun 1/32 final mərhələsində Norveçin Forde VBK komandasını iki oyunda da 3:0 hesablarıyla mübarizədən kənarlaşdırıb.

Mənbə: Sportinfo.az

Hazırladı: GettoSport

Paylaş

Son xəbərlər