Alisson Beker Liverpul ilə yeni müqaviləyə hazırdır
Liverpulun braziliyalı qapıçısı Alisson Beker İngiltərə klubunda karyerasını davam etdirmək üçün rəhbərliklə ilkin danışıqlara başlayıb.

Liverpul klubunun qapıçısı Alisson Beker karyerasını Mersisayd təmsilçisində davam etdirmək niyyətindədir. Noyabrın 9-da məlum olub ki, braziliyalı qolkiperin nümayəndələri və klub rəhbərliyi arasında yeni müqavilə şərtlərinin müzakirəsi üçün ilkin məsləhətləşmələr keçirilib. Bu barədə Offsideplus.az məlumat yayıb.
Təcrübəli futbolçunun Liverpulda özünü xoşbəxt hiss etdiyi və komandanın gələcək layihələrində əsas fiqurlardan biri olmağa müsbət yanaşdığı bildirilir. Ailəsinin şəhərdəki həyat tərzindən razı qalması da qapıçının qərarına təsir edən əsas amillərdən biridir.
Klubda keçirdiyi müddət ərzində qazandığı uğurlar və etibarlı oyunu ilə azarkeşlərin, həmçinin məşqçilər korpusunun rəğbətini qazanan Alisson, eyni zamanda soyunub-geyinmə otağının liderlərindən biri hesab olunur.
Mənbə: Offsideplus.az
Hazırladı: GettoSport
Liverpul


