GETTOSPORT

Ançelotti Braziliya yığmasında antirekord müəllifi oldu

Karlo Ançelotti Braziliya yığmasında ilk 18 qarşılaşmada cəmi 10 qələbə qazanaraq beşqat dünya çempionunun tarixində ən aşağı nəticə ilə yadda qalıb.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Karlo Ançelotti Braziliya millisinin baş məşqçisi kimi
Foto: İdman.biz

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti komandadakı fəaliyyəti dövründə uğursuz statistik göstərici ilə yadda qalıb. İtaliyalı mütəxəssisin rəhbərliyi altında çıxılan ilk 18 matçda yığma cəmi 10 qələbə qazana bilib.

Bu nəticə beşqat dünya çempionunun tarixində baş məşqçilərin ilk 18 qarşılaşması üzrə ən aşağı göstəricidir. Ançelottinin yetirmələri sözügedən görüşlərin cəmi 55,6 faizində meydandan qalibiyyətlə ayrılıb.

Təcrübəli mütəxəssis Madrid "Real"ından ayrıldıqdan sonra Braziliya millisinə təyinat alıb. O, son onilliklərdə cənubi amerikalıların sükanı arxasına keçən ilk əcnəbi baş məşqçidir.

Paylaş

Son xəbərlər